Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Roma Papasından maraqlı addım
Roma Papasından maraqlı addım

Bu gün Ukraynaya səfər edən kardinal Matteo Zuppi Vatikana qayıtdıqdan sonra Rusiyaya səfər edəcək.
reportyor.tv xəbər verir ki, bu barədə Ümumdünya Möminlər Birliyinin (AKC) sədri Leonid Sevastyanov məlumat yayıb.
Qeyd edək ki, Sevastyanov Roma Papası Fransisklə əlaqə saxlaya bilən tək-tük rusiyalıdan biri sayılır.
“Kardinal Zuppi də Rusiyaya səfər edəcək. O, məsləhətləşmələr üçün Vatikana qayıdır. Bundan sonra Rusiya tərəfi üçün mövqe və təklifləri təhlil edib formalaşdıraraq Moskvaya gedəcək”, - deyə Sevastyanov bildirib.
Onun sözlərinə görə, Zuppinin görüşəcəyi Rusiya rəsmiləri arasında xarici işlər naziri Sergey Lavrov olacaq. Matteo Zuppinin Rusiya prezidenti Vladimir Putinlə görüşü də istisna edilmir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti