Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Bir az səbir və zamana ehtiyacımız var
Bir az səbir və zamana ehtiyacımız var

Türkiyənin yeni maliyyə naziri Mehmet Şimşek andiçmə mərasimindən sonra özünün sosial media hesabında diqqətçəkən paylaşım edib.
reportyor.tv xəbər verir ki, o, ölkədə iqtisadi vəziyyətin düzəlməsi üçün səbr və zamana ehtiyac olduğunu bildirib.
"Bu yolda hər kəsin dəstəyi ilə hədəflərimizə çatacağıq... Bir az səbr və zamana ehtiyacımız var”, - nazir qeyd edib.
Şimşək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdar olduğunu deyib.
"Daha firavan və möhkəm Türkiyə yaratmaq üçün prinsiplərimiz şəffaflıq, ardıcıllıq, hesabatlılıq və proqnozlaşdırıla bilənlik olacaq", - deyə nazir vurğulayıb.
"Biz daxili və xarici çağırışlarla mübarizə apararkən proqnozlaşdırıla bilənliyimizi artırmaq üçün qaydalara əsaslanan siyasətin qurulmasına sadiqliyimizi təmin edirik", - Şimşek əlavə edib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti