
Türkiyədəki seçkilərdən sonra CHP-də qarşıdurma böyüyür. Kılıçdaroğlu-İmamoğlu mübarizəsi artıq açıq müstəviyə keçir.
reportyor.tv xəbər verir ki, onların mübarizəsinə Sözcü TV-nin əsas xəbər aparıcısı Fatih Portakal da münasibət bildirib. Onun fikirlərindən belə çıxıb ki, Kılıçdaroğlu tərəfdarları İmamoğlunu aradan götürəcəklər. O, İmamoğlunun "partiyada dəyişiklik olmaldır" açıqlamasına belə münasibət bildirib:
"CHP-də “İmamoğlu bayrağı açdı, heç bir problem yoxdur. İmamoğlunu cəzalandıracaqlar, 1-2 ay ərzində hökm qüvvədə qalacaq. Amma İmamoğlu istəsə də, istəməsə də, onu aradan götürəcəklər. Əgər belə bir fikriniz varsa, ayıb olsun".
O, CHP-də dəyişikliyin tərəfdarı olduğunu bildirib:
"Mən dəyişikliyin və CHP-nin özünə yol tapmasının tərəfdarıyam. Hansı CHP? Milliyyətçi, mühafizəkar, yoxsa sosial demokrat? Siz hansı CHP-lisiniz? Bunu seçkidən əvvəl də deyirdim. CHP-nin özünü tapması lazım idi. Səmimi olmalı, insanları inandımağı bacarmalı idi”.






Şərhlər