Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Qırğızıstan Prezidentinin korteji ilə QƏZA: Ölən və yaralanan var
Qırğızıstan Prezidentinin korteji ilə QƏZA: Ölən və yaralanan var

Qırğızıstan Prezidenti Sadır Japarovun kortejinin iştirakı ilə ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən Daxili İşlər Nazirliyinin təqaüdçüsü mühakimə olunub.
 Reportyor.tv xəbər verir ki, Bişkekin Pervomayski Rayon Məhkəməsi həmin şəxsi 3 il müddətinə azadlıqdan məhrum edib.
Eyni zamanda, məhkəmə Konokbay Çınjırbayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin hökm qanuni qüvvəyə mindikdən sonra dəyişdirilməsi barədə də qərar qəbul edib.
Xatırladaq ki, 2021-ci il iyunun 3-də Prezident Sadır Japarov İssık-Kul vilayətində olarkən onun avtomobil karvanı qəzaya uğrayıb. Hadisə nəticəsində beş nəfər yaralanıb, bir nəfər isə ölüb. Ölən şəxs dövlət başçısının şəxsi həkimi olub.
Şübhəlinin oğlu iddia edir ki, atası qəza zamanı ayıq olub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti