
Türkiyənin Bursa rayonunda qadınlar və kişilərin toy, ad günü və digər şənliklərdə bir yerdə iştirak etməsinə qadağa qoyulub.
Reportyor.tvxəbər verir ki, Bursansanın Büyükorhan mahalına bağlı kəndlərdən biri olan Karaağız İlçe Muxtarı və Karaağız Yardım Dərnəyi qadın və kişilərin birlikdə əylənməsini qadağan edən qərarı imzalayıb.
Məlumata görə, kənddə toy, xına və hərbi vida məclislərində qadın və kişinin birlikdə əylənməsinin dinə uyğun olmadığını müdafiə edən muxtarlıq bu qərar üçün Karaağız İlçe Muxtarı və Karaağız Həmrəylik Dərnəyinin dəstəyini alıb.
Bildirilib ki, toylarda yalnız qadınların əylənməsi üçün 2 saatlıq müddət ayrılacaq.






Şərhlər