
Belarus Prezidenti Aleksandr Lukaşenko və rusiyalı həmkarı Vladimir Putin arasında yaxın zamanda görüş olacaq.
Reportyor.tv TASS-a istinadən xəbər verir ki, bu barədə belaruslu lider KİV-lə görüşündə bildirib.
Lukaşenkonun sözlərinə görə, görüş zamanı tərəflər “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinla bağlı vəziyyəti müzakirə edəcəklər.
“Biz yaxın zamanda görüşmək razılığına gəldik”, - o deyib.
Daha əvvəl Lukaşenko Priqojinin Rusiyada olduğunu açıqlayıb.






Şərhlər