Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Zelenskinin Türkiyəyə səfəri gözlənilir
Zelenskinin Türkiyəyə səfəri gözlənilir

Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri gözlənilir.

Bu barədə “Bloomberg” öz mənbələrinə istinadla xəbər verib.

Məlumata görə, səfər cümə günü – iyulun 7-nə planlaşdırılır.

Bildirilir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək niyyətindədir. Ekspertlərin fikrincə, görüş zamanı müzakirə olunacaq məsələlərdən biri vaxtı bitməkdə olan “Taxıl sazişi”dir.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla, üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq: Rusiya taxıl müqaviləsinin uzadılması üçün heç bir əsas olmadığını bəyan edib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti