Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Cənubi Koreyada daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 49-a çatıb
Cənubi Koreyada daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 49-a çatıb

Cənubi Koreyada güclü yağışlar səbəbindən meydana gələn daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 49-a çatıb.
Reportyor.tv "Yonhap" agentliyinə istinadən xəbər verir ki, 10765 nəfər evindən təxliyə edilib.
Təbii fəlakət nəticəsində 200-ə yaxın ev dağılıb, 150 yol zədələnib və ya dağılıb. Daxili İşlər Nazirliyi bildirib ki, son günlər 28 600-dən çox insan işıqsız qalıb.
9 nəfər itkin düşüb, 34 nəfər isə yaralanıb.
Qeyd edək ki, güclü yağışlar artıq doqquzuncu gündür ki, davam edir. Ən böyük dağıntı ölkənin mərkəzi və cənub bölgələrində cəmləşib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti