Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İkinci əl mağazasında çantadan 23 min avro tapıldı
İkinci əl mağazasında çantadan 23 min avro tapıldı

Belçikada ikinci əl mağazasına gətirilən qadın çantasından təxminən 23 min avro pul tapılıb.

Reportyor.tv Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Belçikanın şərqindəki Limburq bölgəsindəki Maasland qəsəbəsində olub.


Belə ki, ikinci əl mağazasına gətirilən məhsulların arasından tapılan çantada təxminən 23 min avro pul tapılıb.

Xidmətçi işlənmiş əşyaların yenidən satışa yararlı olub-olmadığını araşdırarkən pulun fərqinə varıb.

Michiel Watzeel "10 çantadan 9-u boş çıxır. Amma bu çanta avrolarla dolu idi. Mən bunu görəndə gözlərimə inanmadım. Əvvəlcə saxta pul ola biləcəyini düşündüm. Dərhal menecerə məlumat verdim".

Pulun kimə aid olduğu hələ müəyyən edilməsə də, Maasland polisi onlara pul üçün heç kimin müraciət etmədiyini bildirib.

İşlənmiş mağazanın meneceri Yohan Vanherk öz işçilərini dürüstlüklərinə görə təbrik edib.

"İşçilərimiz ümid edirlər ki, pulun sahibi onlara dondurma təklif edərək təşəkkür edəcək" deyib.

Qeyd edək ki, Belçikada sahibsiz mülklər 5 il sonra dövlət mülkiyyətinə keçir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti