
İranın neft naziri Cevad Ovci Aras qaz yatağı ilə bağlı açıqlama verib.
Reportyor.tv xəbər verir ki, Nazir İran və Küveyt arasında illərdir qarşıdurmalara səbəb olan Fars körfəzindəki Aras qaz yatağı ilə bağlı hüquqlarının pozulmasına dözməyəcəklərini bildirib:
“İran həmişə qonşuları ilə sərhəd və dəniz məsələlərinin sülh yolu ilə həllini dəstəkləyir”
Ortaq neft və qaz yataqlarının istismarında hər zaman danışıqlar və qarşılıqlı anlaşma yolunu tutduqlarını ifadə edən Ovci ölkəsinin Araz qaz yatağında birgə hərəkət etmək istədiyini qeyd edib.
İranın Araz qaz yatağı ilə bağlı hüquq və mənafelərinin davamçısı olduğunu vurğulayan Ovci həmçinin bildirib:
“Əgər qarşılıqlı anlaşma və əməkdaşlıq istəyi olmazsa, İran öz proqramına sözügedən mənbələrin istismarı və kəşfiyyatını daxil edəcək. hüquq və mənafelərini qoruyur və hüquqlarının heç bir pozulmasına dözməyəcək”.






Şərhlər