Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » KİV: Ukrayna ordusu “Rivne” AES yaxınlığındakı əraziləri minalayır
KİV: Ukrayna ordusu “Rivne” AES yaxınlığındakı əraziləri minalayır

Ukrayna Silahlı Qüvvələri “Rivne” atom elektrik stansiyasının (AES) yaxınlığındakı əraziləri minalayır və Belarusla sərhəddə ikinci müdafiə xəttini gücləndirir.
Reportyor.tv xəbər verir ki, bu barədə Ukraynanın “5-ci kanal”ı məlumat yayıb.
Qeyd olunub ki, Belarusa yaxın bölgədə, Belarus-Ukrayna sərhədində piyada və texnika əleyhinə minalardan ibarət ikinci müdafiə xətti qurulur.
Xatırladaq ki, bu müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin birləşmiş qüvvələrinin komandanı, general-leytenant Sergey Naev ölkənin şimal sərhədində yerləşən ərazilərin gücləndirilməyə başlandığını bildirmişdi.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti