Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Sərhəd toqquşması: ermənilərin itkilərinin sayı artdı - Rəsmi
Sərhəd toqquşması: ermənilərin itkilərinin sayı artdı - Rəsmi

Ermənistan Müdafiə Nazirliyi sərhəddə baş verən toqquşmada iki əsgərinin öldüyünü təsdiqləyib.
Reportyor.tv xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
Nazirlik daha bir əsgərinin yaralandığını bildirib.
Daha təfərrüatlı məlumatın az sonra yayılacağı bildirilib.
Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb.
Ordumuz cavab tədbirləri görür.
Ermənistan MN ölən hərbçilərinin sayının 4-ə qalxdığını açıqlayıb.
Daha bir əsgərin isə yaralandığı bildirilib.
Ermənistan ölən hərbçilərinin adlarını açıqlayıb.
Onlar Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtiçyan, Vaçaqan Saroeviç Vardanyan və Narek Karenoviç Poqosyandır.

Şərhlər