Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Yevlaxda erməni icmasını təmsil edənlər kimdir? - Şok isimlər
Yevlaxda erməni icmasını təmsil edənlər kimdir? - Şok isimlər

Yevlaxda reinteqrasiya və erməni icmasının təhlükəsizliyi ilə bağlı bu gün aparılan danışıqlara Qarabağın erməni icmasından kimlərin gəldiyi bəlli olub.
reportyor.tv Axar.az-a istinadən xəbər verir ki, Qarabağın erməni icmasını danışıqlarda qondarma deputat David Melkumyan və Areq Avakyan təmsil edir.
Onlarla danışıqları Qarabağ bölgəsinin erməni sakinləri ilə əlaqələr üzrə məsul şəxs, parlamentin deputatı Ramin Məmmədov aparır.
Bu fakt olduqca ilgincdir. Belə ki, Azərbaycan qondarma qurumun “icra strukturunda” təmsil olunan heç kimlə danışmaq niyyətində deyil – yəni Şahramanyan və onun dəstəsi ilə.
Danışıqlar yalnız əli azərbaycanlıların qanına batmayan və hərbi xuntada “vəzifə tutmayan” şəxslərlə aparılır.

Şərhlər