Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Kreml Vardanyanın saxlanılmasına münasibət bildirib
Kreml Vardanyanın saxlanılmasına münasibət bildirib

Kreml erməni əsilli iş adamı, Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb, Bakıya gətirilməsinə münasibət bildirib.
Reportyor.tv Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov onda belə bir məlumatın olmadığını söyləyib.
“Yox, məndə belə bir məlumat yoxdur, ona görə də bu barədə heç nə deyə bilmərəm... Onun saxlanmasından xəbərim yoxdur. Kim saxlanılıb, ümumiyyətlə saxlanılıbmı və onun Rusiya vətəndaşlığı varmı bilmirəm”, - Kremlin sözçüsü Vardanyanın saxlanması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.
Eyni zamanda o əlavə edib ki, əgər Vardanyanın Rusiya vətəndaşlığı varsa, o zaman Rusiyada onun hüquqları qorunacaq

Şərhlər