Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Rusiya erməni yük maşınlarını buraxmır – Sanksiya?
Rusiya erməni yük maşınlarını buraxmır – Sanksiya?

İki həftədir ki, Ermənistandan Rusiyaya ixrac olunan müxtəlif şirkətlərə məxsus konyak dolu 60-a yaxın yük maşını Lars keçid məntəqəsindən buraxılmır.
Reportyor.tv xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, maşınlarda Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanın “Nuh” və fransızlara məxsus “Vedi Alko” konyak zavodlarının məhsulları da var.
Saxlanma səbəbi ilə bağlı verilən məlumatda qeyd olunub ki, konyaklar orijinal və ya saxta olması ilə bağlı ekspertizadan keçirilməlidir.
Erməni mətbuatı isə bununla Rusiyanın Ermənistana elan olunmamış sanksiya tətbiq etdiyini yazıb

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti