
İsrail Ordusunun sözçüsü Daniel Hagari blokada altındakı Qəzza zolağından başlanan hücumlardan bir gecə əvvəl bəzi hazırlıqların olduğuna dair kəşfiyyat siqnalları aldıqlarını, lakin belə bir hücum üçün konkret kəşfiyyat xəbərdarlığının olmadığını söyləyib.
reportyor.tv xəbər verir ki, o, oktyabrın 7-də Qəzzada fələstinli qrupların başlatdığı hücumlarla bağlı dəqiq məlumatları olmadığını bildirib:
“Belə bir hadisənin necə baş verdiyini anlaya bilmədik. Bəzi gecələr kəşfiyyat işarələri var idi, amma hərəkət yox. Hər şeyi hərtərəfli araşdıracağıq. Əlimizdə Fələstinlə bağlı çoxlu məlumatlar var. Fələstinli silahlı qüvvələrin Qəzzada olan tunelləri, atış meydançaları, toplaşma nöqtələri, hərbi mövqeləri haqqında məlumatımız var. Hücumda iştirak edən hər kəslə hesablaşacağıq”.
İsrail Ordusunun sözçüsü əlavə edib ki, şimaldan ola biləcək hücuma qarşı hazırlıq görülür:
“Əsgərlər bölgədəki yaşayış məntəqələrinə nəzarət edirlər. Həmin bölgələri daha çox əsgərlə gücləndirmişik. Bu arada Qəzza zolağının Rəfah qəsəbəsində gecə saatlarında həyata keçirilən hücumlarda Qəssamın dəniz piyada birliklərinin yüksək rütbəli lideri Məhəmməd Əbu Şamlan öldürülüb. Şamlanın evində dəniz hücumlarında istifadə olunacaq sursatların gizlədildiyi aşkar edilib”.
Şərhlər