
Fələstinin radikal HƏMAS hərəkatı İsraildə oğurlanmış ən azı 150 nəfəri girov saxlayır.
reportyor.tv xəbər verir ki, bu barədə “Takvim” məlumat yayıb.
Nəşrin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məhbusların qaytarılması ilə bağlı danışıqlar prosesinə başlamaq üçün göstəriş verib. HƏMAS tərəfindən girov götürülənlər arasında İsrail, Çin, Tailand, Almaniya, ABŞ və Nepal vətəndaşlarının olduğu təxmin edilir.
Ərdoğanın danışıqlar aparmaq göstərişindən sonra HƏMAS-ın israilli qadını və uşağını azad etdiyi bildirilir.






Şərhlər