Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Zelenski onunla sülh planını müzakirə etməyə hazır olduğunu ELAN ETDİ
Zelenski onunla sülh planını müzakirə etməyə hazır olduğunu ELAN ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampla Ukrayna münaqişəsinin həlli planını müzakirə etməyə hazır olduğunu bildirib.
reportyor.tv xəbər verir ki, bu barə "Fox News"a müsahibəsində danışıb.
O vurğulayıb ki, əgər Ağ Evin keçmiş rəhbərinin konkret sülh planı varsa, o zaman bu barədə danışa bilər.
"Gəlin onunla danışaq və ona sülh düsturunda hansı addımların olduğunu göstərmək imkanı verək. Mən hazıram", - Zelenskidən bildirib.
Daha əvvəl Strana.ua bildirmişdi ki, Zelenski danışıqlar üçün Trampla əlaqə saxlamağa çalışır.
Mart ayında Donald Tramp əmin edib ki, yenidən dövlət başçısı seçilərsə, Ukraynadakı münaqişəni 24 saat ərzində həll edə biləcək.

Şərhlər