Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Ekologiya işçiləri yüzlərlə ağacı məhv edib - Muxtar Babayevin diqqətinə
Ekologiya işçiləri yüzlərlə ağacı məhv edib - Muxtar Babayevin diqqətinə

Yardımlı rayonunda meşələrin kütləvi şəkildə məhv edilməsi faktı qeydə alınıb.

reportyor.tv-un təqdim etdiyi videolardan görünür ki, raayonun Nəzir kəndinin meşələrində yüzlərlə cavan ağac qırma sahəsi olmadan meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilib, UAZ markalı avtomobillərlə daşınıb.

Sakinlərin sözlərinə görə, sözgedən meşənin gözətçisi noyabrın 1-dən işdən çıxsa da, meşəyə indiyə kimi gözətçi təyin olunmayıb. Mövcud normativlərdə isə meşəyə dərhal nəzarətçi təyin olunmalı idi. Sakinlər bunun səbəbini meşələrin qırılmasına şərait yaratmaq olduğunu israrla bildirirlər.

Baş verən ekoloji cinayətin görüntülərini təqdim edirik:





Ümid edirik, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu dəfə Yardımlı meşələrindən merkantil məqsədləri üçün istifadə edən ekologiya işçilərini cəzalandıra biləcək…

Şərhlər