Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » ABŞ bombardmançılarını İsveçə göndərdi
ABŞ bombardmançılarını İsveçə göndərdi

ABŞ-nin Bombardmançı Əməliyyat Qrupuna məxsus iki “B-1B Lancer” təyyarəsi İsveçin şimalındakı Luleo-Kallaks aerodromuna eniş edib.
Bu barədə krallığın silahlı qüvvələrinin press-relizində bildirilib.
Məlumata görə, bombardmançı təyyarələr Norrbotten əyalətində “F-21” hava qanadının bir hissəsi olacaq.
“Bu keşməkeşli vaxtlarda, NATO-ya üzv olmaq ərəfəsində, sadiq tərəfdaşlara malik olmaq çox vacibdir. Biz dəfələrlə Bombardmançı Əməliyyat Qrupu ilə birgə təlimlərdə iştirak etmişik. Burada bütün hərəkətlər zəncirini - müşayiət və qarşılıqlı fəaliyyətə qədər təcrübədən keçirmişik. “B-1B Lancer”i birgə təlimlər üçün yenidən İsveçdə yerləşdirərək əməkdaşlığımızı davam etdiririk”, - İsveç Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Yunas Vikman mətbuata açıqlamasında deyib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti