Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » “Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin”
“Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin”

“Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır”.

Reportyor.tv xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib.

Deputat vurğulayıb ki, cavan qızlar ana olmaq istəmirlər: “Ailə məsələsi, gender proqramları, ailə institutunun nizamlanması və s. nəyə xidmət edir, hansı gizli layihənin bir hissəsidir, başa düşə bilmirəm. Uşaqpulunu kəsməklə o proqramlara, layihələrə dolayı yolla dəstək göstərmiş oluruq. Düşünürəm ki, bütün əhalinin təqaüd yaşının azaldılmasına nəzər salmaq lazımdır.

Rayonlardan gəlmiş müraciətlər var. Veteranlar yazır ki, 65 yaş çoxdur, təqaüd yaşı 60-a endirilsin. Ümumiyyətlə anaların, qadınların təqaüdə çıxmaq yaşını irəli çəkmək lazımdır. Dövlət idarələri bu barədə düşünsün. Hər halda 62-65 yaş Azərbaycanda təqaüdə çıxmaq üçün çox yüksək rəqəmdir. Biz deyirik, uzunömürlülər vətəni, amma bu artıq nağıl kimi keçmişdə qaldı”.



Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti