Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Ərdoğan onu Ankarada ilk dəfə qarşılayacaq: iki ölkə arasında yeni dövr başlayır
Ərdoğan onu Ankarada ilk dəfə qarşılayacaq: iki ölkə arasında yeni dövr başlayır

Ankara 12 ildən sonra Misir prezidentinin səfərinə ev sahibliyi edəcək.
Publika.az xəbər verir ki, Misir lideri Əbdülfəttah əs-Sisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qonağı olaraq ilk dəfə bu gün Türkiyəyə gedəcək.
Ərdoğan həmkarını Beştəpədə yerləşən iqamətgahında rəsmi mərasimlə qarşılayacaq. Prezidentlər Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına sədrlik edəcəklər.

İki ölkə arasında 10 milyard dollara çatan ticarət həcmində yeni hədəf 15 milyard dollardır. İclasda bu məqsədə çatmaq üçün atılacaq addımlar dəyərləndiriləcək. Enerji, səhiyyə, turizm və müdafiə sənayesi sahələrində uzunmüddətli əməkdaşlıq imkanları müzakirə olunacaq.
Ərdoğan və Sisi ən qısa zamanda Qəzzada atəşkəsin təmin edilməsi üçün atılacaq birgə addımları da qiymətləndirəcək. Regional məsələlərdə daimi sabitlik, sülh və əmin-amanlığın bərqərar olması üçün nələrin edilə biləcəyi müzakirə ediləcək.
www.REPORTOR.tv 

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti