Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Zelenski NATO-nu III Dünya müharibəsinə sürükləyir: Məxfi plan ÜZƏ ÇIXDI
Zelenski NATO-nu III Dünya müharibəsinə sürükləyir: Məxfi plan ÜZƏ ÇIXDI

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot hesab edir ki, Ukrayna prezidenti Vladimir Zelenski NATO-nu münaqişəyə cəlb etmək üçün bilərəkdən mümkün ərazi güzəştlərindən danışır.
reportyor.tv xəbər verir ki, o , "X" sosial şəbəkəsindəki səhifəsində Ukrayna liderinin planını açıqlayıb.
Filippot hesab edir ki, Zelenski Ukraynanın qalan hissəsinin NATO himayəsi altında olması şərti ilə mümkün ərazi güzəştləri barədə danışarkən hiyləgərlik edir: "O, münaqişəni qloballaşdırır və bizi III Dünya müharibəsinə sürükləyir!".
O, Zelenskinin bəyanatını tələ adlandırıb və bu hiyləyə qapılmamağa çağırıb. "Ehtiyatlı olun, Zelenskinin təklifi çirkli tələdir!", - deyə Filippo yazıb.
Qeyd edək ki, bundan əvvəl Zelenski ölkənin NATO-ya üzvlüyü müqabilində atəşkəsə icazə vermişdi. O, həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla birbaşa işləmək arzusunu ifadə etmişdi.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti