Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq

Ermənistan Baş naziri Nikol Paşinyan, Ermənistan ilə Azərbaycan arasında müharibənin qarşısını almaq və sülh qurmaq barədə mesaj verib.
Paşinyan Azərbaycan ilə sülh sazişi üzərində razılaşmanın artıq hazır olduğunu və imzalanmağı gözlədiyini bildirib.
“Bugün bizim regionumuz üçün sülh və inkişafın təmin olunması istiqamətində öz töhfəmizi vermək imkanımız var. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi və dövlətlərarası münasibətlər haqqında layihə razılaşdırılıb və imzalanmağı gözləyir. Biz bu yolu davam edəcəyik,” - Paşinyan vurğulayıb.
O həmçinin, daxili və xarici təhriklərə baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında müharibənin olmayacağına əmin olduğunu və sülhün təmin ediləcəyini qeyd edib. Paşinyan regionun sülh və inkişaf içində yaşamağa haqqı olduğunu bildirərək, bu prinsipə sadiq qalacaqlarını bildirib.

Şərhlər