Rusiyada yaşayan azərbaycanlıların hüquqları pozulub.
"Report" xəbər verir ki, bunu Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılara işgəncələrin verilməsi beynəlxalq hüququn pozulmasıdır:
"Beynəlxalq müqavilələrlə işgəncələr qadağan edilib. Azərbaycan Avropa İnsan Haqları Konvensiyasının üzvü olsa da, Rusiya bu konvensiyadan çıxıb. Orada yaşayan azərbaycanlıların hüquqları pozulub".
“Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir, onu korlamaq istəyənlər nə etdiklərini yaxşı düşünməlidirlər”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bunun üçün əllərini ovuşduranlar çoxdur, ancaq onlar məyus olacaqlar. Çünki bizim üçün, hesab edirəm ki, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları korlamaq istəyənlər isə nə etdiklərini yaxşıca düşünməlidirlər”, - Zaxarova qeyd edib.
Azərbaycan hüquq-mühafizə orqanlarının “Sputnik Azərbaycan”da keçirdikləri əməliyyat çərçivəsində Rusiya vətəndaşlarının saxlanılmasından danışan diplomat xatırladıb ki, iyulun 1-də Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona “sərt demarş” verilib:
“Hesab edirəm ki, indi müşahidə etdiyimiz bir sıra aspektlər və ya bir sıra məqamlar, yumşaq desək, ikitərəfli münasibətlərə töhfə vermir, əksinə, onları daha da pisləşdirir. Bütün bunlar dünən səfirə bildirilib. Ona görə də hazırda iş gedir”.
Xatırladaq ki, iyunun 30-da “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi (DİN) araşdırmalara başlayıb. Redaksiyada keçirilmiş əməliyyat çərçivəsində iki Rusiya vətəndaşı saxlanılıb. Onların Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları olduğu bildirilir.
İyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı 2 azərbaycanlı öldürülüb. Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov döyülərək qətlə yetirilib.
Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyndir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/@musavattv
