“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
Tarix: Dünən, 22:00
Baxılıb: 38
Google+ Paylaş
Tumblr Paylaş

“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev

Dünən, 22:00

“Bildiyiniz kimi, keçən ilin aprel ayında, - hətta məktəbin içərisində bir fotoşəkil də var, - Sadır Nurqojoyeviçlə bu məktəbin təməlini qoyduq və razılaşdıq ki, hazır olanda birlikdə gələcəyik”.
 Reportyor.tv xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Qırğız Prezidenti Sadır Japarovla birgə Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında deyib:
“Belə alındı ki, Xıdırlı kəndi də hazırdır - gözəl evlər, icma mərkəzi, tibb məntəqəsi və bu cür yaraşıqlı təhsil ocağı. Bu, bir daha ölkələrimizin qardaşlığından, bizim tarixi, etnik, mədəni və mənəvi yaxınlığımızdan xəbər verir. Bu təməl üzərində bu gün biz Qırğızıstan-Azərbaycan dostluğunun möhkəm binasını tikmişik. Sadır Nurqojoyeviçin təşəbbüsü ilə bu regionun hazırda ən böyük yaşayış məntəqəsi olan Xıdırlı kəndində gözəl məktəb tikilib. Bu gün biz ona baxış keçirdik və rəsmi şəkildə açdıq. Məktəbə Ayköl Manasın adı verilib. Bildiyiniz kimi, “Manas” qırğız xalqının dastanıdır, qırğızların ruhunu təcəssüm etdirir. Əminəm ki, bu məktəbin və bu kəndin gələcək inkişafı üzrə hər şey bizim qırğız qardaşlarımızla bağlı olacaq”.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ