Son zamanlar əhalinin kommunal xidmət göstərən qurumlardan şikayətləri artmaqda davam edir.
Xüsusilə,əhalinin su,qaz və işıqla təminatında ciddi problemlərin olduğu üzə çıxır.Günü-gündən kommunal xidmətlərə görə artırılan tariflərin fonunda xidmət səviyyəsinin aşağı düşməsi ciddi narahatlıqlar doğurur.Aparılan araşdırmalar və təhlillər zamanı ,eləcə də mütəxəssis rəylərinə əsasən qiymət artımına baxmayaraq adıçəkilən qurumlarda xidmət səviyyəsinin aşağı düşməsinin bir neçə səbəbləri var .Bu gün "Azərişıq" ASC-də baş verənlərə nəzər salmağa çalışacağıq.Ölkənin müxtəlif regionlarından aldığımız məlumatlar onu deməyə əsas verir ki ,"Azərişıq" ASC-ə sədr təyin olunan Vüqar Əhmədovun gəlişindən sonra ölkənin elektrik enerjisi ilə təminatında bir çox uğurlar əldə olunub.İşğaldan azad olunan ərazilərin elektrik enerjisi ilə təchiz olunması istiqamətində "Azərişıq"ASC-in fədakar əməyini qeyd etməmək mümkün deyil.Lakin təəssüflər olsun ki ,bir çox hallarda rəhbərlik tərəfindən yerlərə təyin olunan vəzifəli şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində "Azərişıq"ASC-in nüfuzuna ciddi ziyan vurulur ,bu sahədə çalışan peşəkar kadrlar haqqında mənfi rəy formalaşır.Xırdalan Enerji Təchizatı və Satışı İdarəsində baş verənlərə nəzər salmaq kifayət edir ki ,yaranmış acınacaqlı vəziyyətin səbəbkarlarının kimlər olduğu bəlli olsun.Məlumat üçün bildirək ki ,Binəqədi rayonu 28 may qəsəbəsinin enerji təchizatını yuxarıda adı çəkilən idarə həyata keçirir. On minlərlə əhalisi olan qəsəbənin elektrik enerjisi təchizatında uzun illərdir ki ,mövcud olan problem aradan qalxmır.Xüsusən qış aylarında havaların soyuması elektrik enerjisinin təchizatında ciddi problemlər yaradır. Xırdalan Elektrik Şəbəkəsinə rəhbər təyin olunan hər bir şəxs problemin qısa müddətdə həll olacağına söz versə də ,heç nə dəyişmir.Son günlər havaların mülayim keçməsinə baxmayaraq ,adıçəkilən ərazilərdə elektrik enerjisinin təchizatında ciddi problemlər yaranmaqdadır.Belə ki ,bəzi günlərdə işıq fasilələrlə verilir ,bəzən isə saatlarla elektrik enerjisi təchizatı dayandırılır.Bu zaman istehlakçıların yeganə ümid yeri "Azərişıq" ASC-nin qaynar xətti olur.Çünki,Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi ilə əlaqə saxlamaq qeyri mümkündür.Adıçəkilən idarənin rəhbəri isə vətəndaşlar üçün əlçatmaz şəxsə çevrilib.Müxtəlif problemlərlə bağlı "rəisə" sözlərini çatdırmaq üçün idarəyə yollanan vətəndaşları digər şöbələrə yönləndirirlər. "Azərişıq"ASC-in sədri Vüqar Əhmədovun qəbuluna düşmək daha əlçatandır, nəinki Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin rəisinin üzünü görmək .Problemlər tək bundan ibarət deyil.İdarədə süründürməçilik,bürokratik əngəllər ,vətəndaşlara saymazyana münasibət adi hala çevrilib.Elektrik enerjisinin təchizatında yaranan problemlər zamanı isə nəinki nöqsanlar aradan qaldırılır, vətəndaşların üzünə baxan belə tapılmır. "Azərişıq"ASC-nin rəhbəri Vüqar Əhmədovun diqqətinə daha dəhşətli faktları təqdim etmək istəyirik.Bildiyiniz kimi,uzun müddətdir ki, əhaliyə və qeyri -əhali qrupuna elektrik xəttlərinin çəkilişi və sayğacların quraşdırılması Asan Xidmət tərəfindən həyata keçirilir. Bu prosesslərin həyata keçirilməsi üçün istehlakçılar müəyyən olunmuş vəsaiti ödəyəndən sonra aylarla elektrik xəttlərinin çəkilişini və sayğacların quraşdırılmasını gözləməli olurlar.Bu mənzərə Xırdalan Enerji Təchizatı və Satışı İdarəsində kütləvi hal alıb .Bürokratik əngəllərdən boğaza yığılan vətəndaş daha asan yollar axtarmaq məcburiyyətində qalır.Bu zaman ,Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin rəhbər şəxslərinin müəyyən etdiyi işbazlar ortaya girir.Vətəndaşlara müəyyən rüşvət müqabilində problemlərinin qısa müddət ərzində operativ həll olunacağını vəd edirlər. Bu gün Xırdalan Enerji Şəbəkəsinin nəzarət etdiyi bütün ərazilərdə bu cür neqativ və qanunsuz hallara rast gəlmək mümkündür.İdarə əməkdaşları rüşvət müqabilində sənədsiz evlərə və obyektlərə qanunsuz elektrik xəttləri çəkir, onlarla sövdələşməyə girərək, aylıq qiymətlər müəyyən edir və beləliklə elektrik enerjisinin qanunsuz yollarla talanmasına münbit şərait yaradırlar.Özbaşınalıq o həddə çatıb ki, idarə əməkdaşları açıq şəkildə ,vətəndaşların gözləri qarşısında istehlakçılarla bazar söhbətləri edib, qiymətləşirlər. Bu mənzərənin yaranmasına şərait yaradan isə təbii ki, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin indiki rəhbərliyidir. Bu cür qanunsuzluqların tüğyan etdiyi idarənin xidmət etdiyi ərazilərdə elektrik enerjisinin təminatında ciddi problemlərin olması isə gözləniləndir.
Heç şübhə etmirik ki ,Vüqar Əhmədov Xırdalan Enerji Təchizatı və Satışı İdarəsində baş verənləri ciddi araşdıracaq və tədbirlər görəcək.Çünki,baş verənlər bütün "Azərişıq" ailəsinə ləkədir.
Mövzuda adı çəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.






Şərhlər