Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Tərtərdə hərbi təyinatlı zavod: Potensial risklər baxımından dəyərləndirmə -Polkovnikin şərhi
Tərtərdə hərbi təyinatlı zavod: Potensial risklər baxımından dəyərləndirmə -Polkovnikin şərhi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Müxtəlif növ hərbi təyinatlı məhsullar istehsal ediləcək müəssisədə bir sıra qabaqcıl dövlətlərdən alınmış müasir, yüksəkdəqiqlikli texnoloji avadanlıqlar quraşdırılıb. Texnoloji xətlərin layihələndirilməsi, istehsal axınlarının qurulması və seriyalı istehsala uyğunlaşma “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin yerli mütəxəssisləri tərəfindən icra edilib. Hazırda istehsal proseslərinin milli hərbi-texniki normalara, beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılması həyata keçirilir. Bu məqsədlə keyfiyyətə nəzarət laboratoriyası yaradılıb.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Tərtər elektromexanika zavodunun yenidən qurularaq müasir hərbi təyinatlı məhsullar istehsal edən zavoda çevrilməsi Azərbaycan müdafiə sənayesi üçün ciddi uğur və mühüm hadisədir.

Azərbaycanın paytaxtında və paytaxta yaxın şəhər və rayonlarında hərbi təyinatlı məhsullar istehsal edən müəssisələrimiz təbii ki, var:

“Belə bir zavodun Qarabağ bölgəsində-30 ildən artıq düşmənin hədəfində olmuş, düşmənin zərbələrinə sinə gərmiş Tərtərdə fəaliyyətə başlamasının isə xüsusi üstünlükləri, xüsusi anlamı var: “Tərtər elektromexanika zavodunun yenidənqurularaq müasir hərbi təyinatlı məhsullar istehsal edən müəssisəyə çevrilməsi təkcə sənaye və texnoloji layihə deyil, strateji, təhlükəsizlik və simvolik məna daşıyan çoxşaxəli hadisədir. Bu addımın Qarabağ bölgəsində, xüsusən də Tərtərdə reallaşmasının bir neçə xüsusi üstünlüyü və dərin anlamı var. Paytaxt və ətrafında cəmləşmiş hərbi-sənaye obyektləri potensial risklər baxımından daha həssasdır. Qarabağ bölgəsində, xüsusilə Tərtərdə belə bir zavodun fəaliyyətə başlaması müdafiə sənayesinin coğrafi diversifikasiyasını təmin edir, müharibə və fövqəladə vəziyyətlərdə strateji dayanıqlılığı artırır, arxa cəbhənin yalnız paytaxtla məhdudlaşmadığını göstərir”.

Polkovnik deyib ki, bu, həm də hərbi-sənaye potensialının ölkə üzrə balanslı şəkildə yayılması deməkdir: “Bu, eyni zamanda Azərbaycanın təhlükəsizlik mühitini köklü şəkildə dəyişdiyini nümayiş etdirir, keçmiş təhlükə zonasının strateji istehsal məkanına çevrildiyini simvolizə edir. Bu, düşmən üçün də ciddi psixoloji mesajdır. Bir sözlə, bu addım Azərbaycan üçün tarixi və strateji əhəmiyyətə malik addımdır”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti