Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Göyçay Şəhər Təsərrüfatı Birliyinin rəis müavini işçisinin ölmünə səbəb oldu? - Çarəsiz anadan Əmrah Mirzəyevlə bağlı ŞOK MÜRACİƏT
Göyçay Şəhər Təsərrüfatı Birliyinin rəis müavini işçisinin ölmünə səbəb oldu? - Çarəsiz anadan Əmrah Mirzəyevlə bağlı ŞOK MÜRACİƏT

Göyçay sakini vəzifəli şəxsin qanunsuz əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Göyçay şəhəri, Natəvan küçəsi, ev 63 ünvanında kirayədə yaşayan Adilə Əhmədova mətbuata rəsmi müraciət edərək Göyçay Şəhər Təsərrüfatı Birliyinin rəis müavini Əmrah Mirzəyevin qanunsuz və təzyiq xarakterli əməllərinə məruz qaldığını bildirib.

Şikayətçinin sözlərinə görə, mərhum qızı İradə Əhmədova “DOST” MMC ilə bağlanmış rəsmi əmək müqaviləsi əsasında Göyçay Şəhər Təsərrüfatı Birliyinin tabeliyində süpürgəçi vəzifəsində çalışıb. İradə Əhmədova əmək fəaliyyətini vicdanla yerinə yetirsə də, işə qəbuldan sonrakı dövrdə ona qarşı qeyri-qanuni tələblər irəli sürülüb, müxtəlif təzyiqlər göstərilib.

Paytaxt.org-a bildirilir ki, Adilə Əhmədovanın iddiasına görə, rəis müavini Əmrah Mirzəyev tərəfindən qızından əmək müqaviləsində nəzərdə tutulmayan işlərin görülməsi tələb olunub, imtina etdiyi hallarda isə hədələnib və işdən çıxarılacağı ilə qorxudulub.

Şikayətçi bildirir ki, bu təzyiqlər mərhum İradə Əhmədovanın psixoloji durumuna ciddi təsir göstərib, səhhətində ağırlaşmalara səbəb olub.

Müraciətdə qeyd olunur ki, dəfələrlə aidiyyəti qurumlara şifahi şəkildə şikayətlər edilsə də, məsələ araşdırılmayıb, vəzifəli şəxsin əməllərinə hüquqi qiymət verilməyib. Nəticədə, işçi hüquqları kobud şəkildə pozulub, əmək qanunvericiliyinin tələbləri nəzərə alınmayıb.

Adilə Əhmədova bildirir ki, təhtitlər və təziqlərdən sonra qızı dünyasını dəyişib. Qızın ölümündən sonra da məsələ ört-basdır edilməyə çalışılıb və ölümə səbəbkar məsul şəxslər cəzasız qalıb. O, hüquq-mühafizə orqanlarından, Baş Prokurorluqdan, Daxili İşlər Nazirliyindən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən obyektiv araşdırma aparılmasını, Əmrah Mirzəyevin əməllərinə hüquqi qiymət verilməsini və günahkar şəxslərin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunmasını tələb edir.

Şikayətçi eyni zamanda bildirir ki, bu cür hallar təkcə onun ailəsi ilə məhdudlaşmır, digər işçilər də oxşar təzyiqlərlə üzləşir, lakin iş yerlərini itirməmək qorxusu səbəbindən susmağa məcbur qalırlar.

Məsələ ilə bağlı Göyçay Şəhər Təsərrüfatı Birliyinin və adıçəkilən rəis müavini Əmrah Mirzəyevlə əlaqə saxlamaq istəsək də bu mümkün olmayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti