Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Mehdiyevin kürəkəninin sayəsində icra başçısı olan Cabbarov səyyar qəbul-görüşdə sakinlərə və HƏCİlərə QƏZƏBLƏNDİ: "canları çıxsın düzəltdirsinlər"
Mehdiyevin kürəkəninin sayəsində icra başçısı olan Cabbarov səyyar qəbul-görüşdə sakinlərə və HƏCİlərə QƏZƏBLƏNDİ: "canları çıxsın düzəltdirsinlər"

Sabirabad rayon icra başçıs Siraqəddin Cabbarov Türkədi kənd orta məktəbində yerli sakinlər ilə səyyar qəbul-görüş keçirilib.

Paytaxt.org xəbər verir ki, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 21 yanvar 2026-cı il tarixdə növbəti səyyar qəbul-görüşüdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

Görüş zamanı icra başçısı tələblərini irəli sürəndən sonra kənd və ətraf kənd camaatının problemlərinin həlli yolunda sualları dinləyərək, cavablandırmağa çalışıb. Bütün söz-söhbətdə həlli hələdə tapılmayan suallardan doğurub.

Paytaxt.org-a üz tutan şikayətçi, icra başçısının yerli sakinlərlə və şəhid qardaşına qarşı aqressiv hərəkətləri ilə bağlı bunları deyib:

"Türkədi kənd orta məktəbində icra başçısı Siraqəddin Cabbarov keçirdiyi görüşdə hamı kimi mən də iştirak etdim.

Yerli sakinlər və ağsaqqalların da iştirak etdiyi görüşdə bildirildi ki, illərdir həll olunmayan bərbad hala düşən Sabrabad - Narrığ yolunun həll olunmasını rayon rəhbərinin nəzərinə çatdırıblar. İcra başçısı Siraqəddin Cabbarov isə cavabında rayondan kənlərə gedən dağılıb istifadəyə yararsız hala düşən yolun düzəldilməsini "Həccə və Kərbalaya gedib gələnlər düzəltsinlər" deyə cavab verib. Yerli sakinlər dedi ki, onlar da düzəltdirmirlər minbir bəhanə gətirirlər. İcra başçısı yenə də cavabında "canları çıxsın düzəltdirsinlər" deyə bildirib. Maraqlısı odur ki, rayon rəhbəri bu ifadəni bir neçə kəndin sakinləri ilə görüşündə iştirak edən icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələrinin gözü qabağında söyləyib.İcra başçısının bu amatör çıxışına yerli sakinlər öz aralarında sərt təpgi veriblər. Görüşdə icra başçısını bu hərəktləri ilə bağlı yerli sakinlərin bir neçəsi Prezident İlham Əliyevə telqrama vurmağa hazırlaşdıqlarını dilə gətiriblər..."

Xatırladaq ki, “Gündəlik Bakı” xəbər portalı, 2008-ci ildən 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin, 2019-cu ildən bugünədək isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Siraqəddin Cabbarov Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev sayəsində vəzifə aldığını yazmışdı. Bildirilmişdi ki, məhz Ramiz Mehdiyevin “xeyir-duası” ilə vaxti ilə Binəqədi rayonunda müavin vəzifəsində işləyən Siraqəddin Cabbarov məşhur villadakı görüşündən sonra, əvvəlcə Saatlının, daha sonra Sabirabadın icra başçısı postuna gətirilib.

Günay Cəfərli

Paytaxt.org

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti