Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » AZƏRBAYCAN HƏRBÇİLƏRİNƏ BU QADAĞALAR QOYULACAQ - Siyahı
AZƏRBAYCAN HƏRBÇİLƏRİNƏ BU QADAĞALAR QOYULACAQ - Siyahı

Azərbaycanda hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar qoyulan qadağalar və məhdudiyyətləri müəyyənləşir.
Mia.az xəbər verir ki, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanuna əsasən, hərbi qulluqçulara aşağıdakılar qadağandır:
1. Tətil etmək;
2. Seçkili orqanlarda vəzifə tutmaq;
3. Siyasi partiyalara, QHT-lərə, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq;
4. Yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək;
5. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
6. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq;
7. Daimi yaşamaq üçün xaricə getmək;
8. Siyasi və dini təbliğatla məşğul olmaq;
9. Dövlət sirrini yaymaq.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti