Vətəndaşlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün göndəriş vərəqəsi olmadan müraciət edə və Xidmətlər Zərfi ilə təminata alınan 2550 sayda tibbi xidmətlərdən yararlana bilərlər.
Reportyor.org xəbər verir ki, bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
“Məsələn, vətəndaş Qəbələ rayonunda yaşayır və onun ixtisaslaşdırılmış tibbi yardımdan (ixtisaslı həkimin müayinəsi) istifadə etməsinə ehtiyac yaranıb. Bu zaman o həm yaşadığı ərazidə, həm də digər şəhər və rayonlarda, eləcə də paytaxt Bakıda fəaliyyət göstərən istənilən dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi olmadan müraciət edə bilər.
