ŞOK AÇIQLAMA! Fransa NATO-dan çıxsın, Rusiya ilə...
Tarix: 4-01-2022, 13:55
Baxılıb: 655
Google+ Paylaş
Tumblr Paylaş

ŞOK AÇIQLAMA! Fransa NATO-dan çıxsın, Rusiya ilə...

4-01-2022, 13:55

“Fransa NATO-dan çıxmalıdır, bizim əsas portnyorumuz Rusiyadır”.
 
Reportyor.org xəbər verir ki, bunu Sosialist İtaətsiz Fransa (LFİ) Hərəkatının lideri və prezidentliyə namizəd Jan-Lük Melenşon bəyan edib.
 
O bildirib ki, NATO-dan çıxmağın tərəfdarıdır və Rusiyanı düşmən etməyin əleyhinədir.
 
Prezidentliyə namizəd Tvitter hesabında “Mən NATO-dan çıxmaqdan yanayam, gərginliyin azaldılması lazımdır” ifadəsini yazıb.
 
“France Inter” radiosuna da açıqlama verən Melenşon NATO-dan çıxmağın ABŞ-ın hərbi avantüralarına qarışmamaq üçün bir fürsət olduğunu bildirib: “Rusiya bizim portnyorumuzdur, onun düşmən edilməsinə qarşıyam. Rus liderə verilən sözə xəyanət edilməsinə qarşıyam. Onlara NATO-nun Rusiya sərhədlərinə dayanmayacağına dair söz vermişdilər”.
 
Solçu lider eyni zamanda Ukraynanın NATO-ya üzv edilməməsinin vacibliyini deyib. O, həmçinin “Soyuq müharibəyə” qarşı çıxış edir. (Teleqraf.com)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ