KTMT sülhməramlı kontingentinin belarus hərbçiləri Qazaxıstana gəliblər.Publika.az xəbər verir ki, bu barədə cümə axşamı "Mir-24" telekanalı məlumat yayıb.
Bildirilib ki, xüsusi əməliyyat qüvvələrinin 103-cü Vitebsk hava-desant briqadasından olan sülhməramlı rotanın əsgərləri beş ədəs "İl-76" təyyarəsi ilə gətiriliblər.
“Bu bölmə bütün təlimlərdən keçib və bu cür tapşırıqları yerinə yetirməyə hazırdır. Biz görürük ki, asayişi bərpa etmək və konstitusiya quruculuğunun pozulmasının qarşısını almaq üçün tam qətiyyətlidirlər" - deyə Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.