Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Şəkidə oğurladığı qızılları satıb, kefə xərcləyən şəxs saxlanılıb
Şəkidə oğurladığı qızılları satıb, kefə xərcləyən şəxs saxlanılıb

Şəkidə fərdi yaşayış evindən oğurluq edən şəxs polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, polisə müraciət edən zərərçəkmiş qadın ona məxsus mənzildən 5 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxil olmuş müraciət əsasındakeçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsin şəhər sakini Ramiz Cabbarov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Araşdırma zamanı R.Cabbarovun qızıl-zinət əşyalarını oğurladıqdan sonra Bakı şəhərinə apararaq orada satdığı, əldə etdiyi pulu isə əyləncə mərkəzlərində xərclədiyi məlum olub.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Şərhlər