Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Bakı şəhər Dövlət Yol Polisi İdarəsi şikayətçinin əsassız ittihamını TƏKZİB ETDİ
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi şikayətçinin əsassız ittihamını TƏKZİB ETDİ

Dünən Yol Patrul Xidmətinin sürücüdən rüşvət alması ilə əlaqədar verdiyimiz xəbər, Bakı Şəhər Yol Polisi İdarəsi tərəfindən araşdırıldığı zaman hadisənin əslində heç də şikayətçi İsmayılov Bəhruz Fikrət oğlunun dediyi kimi olmadığı ortaya çıxıb.
reportyor.tv xəbər verir ki, şöbəyə dəvət olunan şikayətçiyə yol polisinin ondan rüşvət tələb etmədiyini sübut edən videogörüntülər və səs yazıları təqdim edilib. Həmçinin, sürücünün həqiqətən təhlükəsizlik kəmərindən istifadə etmədiyi də faktlarla sübut olunub.
Bu zaman şikayətçi İsmayılov Bəhruz səhvini anlayıb və özünü sosial şəbəkələrə və mətbuata yalnış informasiya verməkdə təqsirli bilib. Yalnış əməlini anasının COVID-19 virusuna yoluxmasından sonra yaşadığı həyacan və əsəblə əlaqələndirən şikayətçi həm Daxili İşlər Nazirliyi, həm də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən səmimiyyətlə qarşılanıb və sürücüyə bir daha vacib qanun və qaydalara riayət etmək tövsiyə edilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti