Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » AZAL-ın Bakı-İstanbul-Bakı reysi LƏĞV EDİLDİ - YENİLƏNDİ
AZAL-ın Bakı-İstanbul-Bakı reysi LƏĞV EDİLDİ - YENİLƏNDİ

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-İstanbul-Bakı (J2 077/078) axşam reysi İstanbulda yağan güclü qar səbəbindən ləğv edilib.
Bu barədə Publika.az-a aviaşirkətdən bildirilib.
Məlumatda vurğulanıb ki, ləğv edilmiş reysin sərnişinləri sabah səhər reysinin (J2 075/076) sərnişinləri ilə birlikdə geniş füzelyajlı təyyarə ilə yola düşəcəklər. 
Qeyd edək ki, qarın yağması səbəbindən İstanbul hava limanı istiqamətində nəqliyyatın hərəkəti ciddi şəkildə çətinləşib.
xxx

20:12
İstanbul-Bakı-İstanbul üzrə bir neçə aviareys təxirə salınıb.
Publika.az xəbər verir ki, bu, İstanbula güclü qar yağması səbəbindən olub.
Belə ki, yanvarın 24-də TK334-335, yanvarın 25-də TK338-337, TK338-337 İstanbul-Bakı-İstanbul və TK7702-7703 Sabiha Gökçen-Bakı-Sabiha Gökçen reysləri təxirə salınıb.

Şərhlər