Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Deputatdan nazirlərə şok suçlama: "Orda villalarınız var, görmürsüz?" - Tural Abbaslı ilə "Canlı debat"
Deputatdan nazirlərə şok suçlama: "Orda villalarınız var, görmürsüz?" - Tural Abbaslı ilə "Canlı debat"

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Qeyd edək ki, ki, Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə ötən ilin dekabr ayının 14-də görüşüb. Brüsseldə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan problemi ilə bağlı bir sıra qərarlar qəbul edilib.
Ukrayna müharibəsinə görə Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər “soyuq müharibə” həddindədir. Avropa Şurasında səsvermə hüququnu itirən Rusiya ötən ay bu qurumda fəaliyyətini dayandırdığını elan edib, az qala Avropa egidası altında olan bütün qurumlardan çıxıb. Belə bir şəraitdə Rusiya Qarabağda baş verən son hadisələrin Qərb masasında müzakirə edilməsində maraqlı deyil. Rusiya, xüsusilə Ukraynadakı müharibədən sonra Qərb cəbhəsində təşkil edilən belə görüşləri Cənubi Qafqazda əsas vasitəçi roluna təhlükə hesab edir. Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə danışıqlar aparmaq təklifindən narahat olduğunu Moskva gizlətmir də. Ekspertlərə görə, Rusiya prezidentinin görüş ərəfəsi İrəvan və Bakıya zəngi, xüsusilə erməni baş nazir Paşinyanla iki dəfə danışması Moskvanın narahatlığını göstərir. Xüsusilə Paşinyanın Qərblə Rusiya arasında sürüşkən mövqeyini bildiyindən onunla iki dəfə əlaqə saxlamaq ehtiyacı yaranıb.

Rusiyanın hərtərəfli izolyasiyası prosesi gedir və Brüsselin belə bir zamanda görüş təşəbbüsi göstərməsi Rusiya tərəfindən xoş qarşılana bilməz. Moskva prosesin öz nəzarətindən çıxmasını istəmir və belə məsələlərə aqressiv yanaşır. Rusiya demək istəyir ki, əsas məsələləri Kreml həll edir və Avropa Birliyi Qarabağdakı situasiyanı heç vaxt dəyişə bilməz. Hətta Brüsseldə hansısa razılaşmalar olsa belə, Rusiya əsas qüvvə kimi nəzərə alınmağı tələb edəcək. Bu olmasa, prosesi sabotaj edəcək.

Azərbaycan bu görüşə normal yanaşsa da, İrəvan görüşün Brüsseldə keçirilməsindən cürətlənərək özünə sərf edən hansısa tələblər həyata keçirmək fürsəti bilir. Rusiya status məsələsində Avropa qurumlarından fərqli olaraq İrəvana heç bir dəstək vermir. Ona görə Brüsseldə heç olmasa, “mədəni muxtariyyət” məsələsini qaldırmağa cürət edə bilər. Amma Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, status məsələsi artıq müzakirə predmeti deyil. Bu baxımdan da Brüseldə ciddi nəticənin əldə olunacağı real görünmür. Bəs, Avropa İttifaqının gözlənilməz görüş təklifində hədəfləri nədir? Ukraynanı Rusiyaya qarşı silahlandıran Avropa və onun əsas strukturu Qarabağda, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqları nədir? Əvvəlki dövrlərdə bunu Avropanın təhlükəsizliyi kimi izah edirdilər, amma Ukrayna müharibəsi belə bir terminin üstündən xətt çəkdi. Avropa İttifaqı Rusiyanı qıcıqlandırmaq üçünmü belə bir görüş təşkil edir, Moskva öz narahatlığında nə qədər haqlıdır?
Paşinyanın “Xankəndində erməni qalmaya bilər” qorxusu
______

Ermənistanın hakimiyyət təmsilçiləri və Baş naziri Nikol Paşinyan ötən həftə bir-birinə zidd açıqlamalar verməklə yadda qaldılar. Gah sülh müqaviləsini imzalamağa hazır olduqlarını bəyan etdilər, gah da bu prosesi uzatmaq üçün ən müxtəlif bəhanələr uydurdular. Paşinyan isə bəyan etdi ki, qondarma “Qarabağ müdafiə qüvvələrinin” çıxarılması ermənilərin Qarabağdan çıxarılması deməkdir.

Paşinyanın iddiasına görə, guya Azərbaycan üçtərəfli bəyanatın erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına dair bəndini düzgün təfsir etmir: “Çünki 9 noyabr bəyanatında erməni birləşmələrinin haradan getməli və harada qalmalı olduqları dəqiq göstərilib”. Maraqlıdır ki, iki gün əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan öz iqamətgahında seperatçı qurumun rəhbəri Arayik Arutyunyanla görüşüb. Söhbət zamanı hər iki tərəf razılaşıb ki, Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsində həm qondarma qurum, həm Ermənistan hakimiyyəti, həm də müxalif qüvvələr çox ehtiyatlı ritorikaya ehtiyac duyurlar, onlar Ermənistan və Qarabağdakı vəziyyəti çətinləşdirməyə və daxili siyasi münaqişələri qızışdırmağa yönələn hərəkətlərə yol verməməlidirlər.

Paşinyanın açıqlaması isə həm də ondan xəbər verir ki, Ermənistan 4-cü bəndin icra olunmasında maraqlı deyil. Rusiya da bunun icrası üçün xüsusi cəhd etmir, belə olmasaydı, Kreml Ermənistanı buna məcbur edərdi. Bəs, bu vəziyyət nə qədər davam edəcək? Rusiya niyə Qarabağdakı qanunsuz dəstələrin Qarabağda qalmasında maraqlıdır? Özləri Qarabağda bufer zona təşkil etməyə mükəlləfkən niyə dılğır erməni silahlılarını qabağa verirlər?
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti