Bakı Şəhər BPİ DYPİ-nin avtomobil sürücülərinə və  paytaxt sakinlərinə müraciəti
Tarix: 24-05-2022, 10:52
Baxılıb: 1 151
Google+ Paylaş
Tumblr Paylaş

Bakı Şəhər BPİ DYPİ-nin avtomobil sürücülərinə və paytaxt sakinlərinə müraciəti

24-05-2022, 10:52

2022-ci ilin may ayının 26-dan 29-dək 4 gün boyunca Bakı Kristal Holl və onun ətrafı  Dənizkənarı Bulvarda regionun ən böyük  tədbiri olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Aviasiya Festifalı keçiriləcəkdir.  Fefsifalın keçiriləcəyi əraziyə 08.30-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası avtobus xidməti təşkil edilib. Tədbiri canlı izləmək üçün tamaşaçılar ödənişsiz olaraq paytaxtın 28 may metrostansiyası yaxınlığından birbaşa Bayraq Meydanı ərazisinə və geriyə “Baku Bus” MMC-nin avtobusları ilə hərəkət edəcəklər. Eyni zamanda əraziyə sərnişinlərin daşınmasında “Bakı Taksi” MMC-yə məxsus olan ekoloji təmiz taksilər də hərəkət edəcəklər. Bununla əlaqədar həmin istiqamətə müasir texnikaların, digər avadanlıqların gətirilməsi eləcə də ölkəyə gələn qonaqların qarşılanması, onların yerləşdirilməsi və bu tədbirin tam təhlükəsiz şəkildə başa çatdırılması üçün bildirilir ki, vəziyyətdən və şəraitdən aslı olaraq Dənizkənarı Bulvar və Kristal Holl istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyula və istiqamətin dəyişdirilməsi nəzərdə tutula bilər. Odur ki, Festival iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədi ilə tədbir zamanı şəxsi avtomobillərlə mümkün qədər az, içtimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Unutmayaq ki, tədbirin keçirildiyi əraziyə şəxsi avtomobillərlə hərəkət nəqliyyat sıxlığına və ya tıxacların yaranmasına səbəb ola bilər. Ona görə də keçirilən festifalın ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, Kristal Holl və ətraf ərazilərə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyü nəzərə alınmalıdır. Əvvəlcədən vəziyyətin düzgün dəyərləndirilməsinə, vətəndaş həmrəyliyi nümayiş etdirilməsinə görə bütün hərəkət iştirakçılarına, sürücülərə isə anlayışlarına görə təşəkkür edirik.
 
Hörmətlə, 
Bakı Şəhər BPİ DYPİ HTT və İQƏB-in rəisi
 Polis polkovniki                                                          Vaqif Əsədov


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ