Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » NUR Art House qalereyasında “Türk dünyasının Şuşa incisi” adlı tədbir keçiri
NUR Art House qalereyasında “Türk dünyasının Şuşa incisi” adlı tədbir keçiri

“NUR Art House” qalereyasında “Türk dünyasının Şuşa incisi” adlı tədbir keçiri


Tədbir gənc rəssam, qazi hərbi jurnalistin qız övladı Nəsibə Quliyevanın “Şuşa İli”nə həsr edilmiş “Qarabağ etüdləri” adlı ilk fərdi sərgisinin açılışı ilə başlayıb.

Açılış zamanı “NUR Art House” qalereyasının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi, professor Elçin İsgəndərzadə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Ankara şəhərində başqanı, professor Hayrettin İvgin, Milli Məclisin deputatı Elman Nəsirov, Xalq şairi Vahid Əziz və başqaları çıxış edərək gənc rəssama xeyir-dua verib, yaradıcılıq uğurları arzulayıblar.

Tədbir simli trionun, sazlı-sözlü qonaqların, balacaların ifasında milli rəqslərin müşayiəti ilə davam edib. Sonda Avropa Təbiət Elmləri Akademiyasının təsis etdiyi “Gottfried Wilhelm Leibniz” ordeninin təqdimat mərasimi baş tutub.

Mərasimdə professor Röya Tağıyevaya, tanınmış xalçaçı-rəssam Eldar Hacıyevə və sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahir Bayramova “Gottfried Wilhelm Leibniz” ordeni təqdim edilib. Bir sıra ziyalılarımız, elm və sənət xadimlərimiz müxtəlif mükafatlar, fəxri fərmanlarla mükafatlandırılıblar.

Qeyd edək ki, “Şuşa İli” çərçivəsində keçirilən tədbir Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyası, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi, Vektor Beynəlxalq Elmlər Akademiyası və “NUR Art House” qalereyasının təşkilatçılığı ilə reallaşıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti