Ərdoğan-Bayden görüşü başladı
Tarix: 29-06-2022, 20:44
Baxılıb: 459
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan-Bayden görüşü başladı

29-06-2022, 20:44

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden Madriddə keçirilən NATO Liderlər Zirvəsi çərçivəsində bir araya gəlib.
reportyor.org xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"NATO-nun güclənməsi üçün atılacaq addımlar xüsusilə Rusiya-Ukrayna prosesinə xüsusi töhfə verəcək", - Ərdoğan deyib.
Ölkəsinin Ukrayna müharibəsində balans siyasəti yürütdüyünü diqqətə çatdıran Türkiyə lideri diplomatiyanın Ukrayna taxılının ixracına qapı açacağına ümid etdiyini bildirib.
ABŞ prezidenti Bayden isə Finlandiya və İsveçlə bağlı Ankaranın verdiyi qərara görə təşəkkür edib.
Yenilənəcək...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ