Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Onlarla kilsəni "ağuşuna alan" ...XARABALIQ
Onlarla kilsəni "ağuşuna alan" ...XARABALIQ

Kappadokiyada yerlәşәn Göreme Açıq Hava Muzeyi onlarla kilsәyə "ev sahibliyi" edir.
reportyor.tv xəbər verir ki, yüz illәr әrzindә müxtәlif irq vә dillәrә ev sahibliyi etmiş Göreme Açıq Hava Muzeyi həm tarixi, həm də dini baxımdan böyük әhәmiyyәtә malikdir.
Göreme xarabalıqları çoxlu sayda muzey vә monastrın yerləşdiyi qədim məkandır. Bölgәdә ziyarət edə bilәcәyiniz onlarla kilsә mövcuddur.
Göreme Açıq Hava Muzeyinə getsəniz, orada Qızlar və Oğlanlar Monastrı, ‘‘Müqəddəs Basil’’ ibadәtgahı, ‘‘Elmalı’’ kilsәsi, ‘‘Müqəddəs Barbara’’ ibadәtgahı, ‘‘Müqəddəs Katerina’’ ibadәtgahı, ‘‘Yılanlı’’ kilsәsi, ‘‘Karanlık’’ kilsəsi, ‘‘Çarıklı’’ kilsəsi və ‘‘Tokalı’’ kilsəsinin möhtəşəmliyini öz gözlərinizlə görə biləcəksiniz.
Bu kilsәlәr memarlıq baxımdan ‘‘Sütunlu’’ vә ‘‘Yılanlı’’ kilsәlәr olaraq iki kateqoriyaya bölünür.
‘‘Karanlık’’, ‘‘Elmalı’’ vә ‘‘Çarıklı’’ kilsələri "sütunlu kilsәlәr" kateqoriyasına aiddir.
‘‘Rahibәlәr’’ monastrı, ‘‘Yılanlı’’ kilsә, ‘‘Müqәddәs Barbara vә Katerina’’ ibadәtgahları isә "ilanlı kilsәlәr" kateqoriyasına daxildir.
Tural Turan

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti