Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Müəllimlərə ŞAD XƏBƏR - FƏRMAN
Müəllimlərə ŞAD XƏBƏR - FƏRMAN

Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında" fərman imzalayıb.
reportyor.tv xəbər verir ki, fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilib:
- direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);
- təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).
Nazirlər Kabinetinə bu Fərmanın nəzərdə tutulan əlavələrin məbləğlərini 2022-ci il sentyabrın 1-dək təsdiq etmək tapşırılıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti