
Oktyabrın 1 və 2-də Gürcütstanın paytaxtında paytaxt günü - “Tbilisoba” bayramı keçiriləcək.
reportyor.tv xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bələdiyyə hökumətinin iclasında bildirib.
Eyni zamanda, Kaladze ayrı-ayrı müxalifət partiyalarının və KİV-lərin Tbilisi bayramının xərcləri ilə bağlı yaydıqları məlumatlara cavab verib və qeyd edib ki, o adamlar yalan təbliğatla məşğuldurlar.
Kaladze həmçinin, tədbirlərin ənənəvi olaraq Rike parkda və Leğvtaxevidə baş tutacağını bildirib.
Paytaxt meri, tədbirdə dost və tərəfdaş şəhərlərdən nümayəndə heyətlərinin də iştirak edəcəyini bildirib.






Şərhlər