Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Azərbaycan çempionu olan şəhidimiz - FOTO
Azərbaycan çempionu olan şəhidimiz - FOTO

Ermənistanın təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Xəyal Əlövsət oğlu Əhədzadə Azərbaycan boksçusudur.
Azərbaycan Boks Federasiyasından reportyor.tv-a verilən məlumata görə, o, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olub. Xüsusi Təyinatı Qüvvələrdə gizir kimi çalışıb.
Məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub.
O, “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Fizulinin azad olunmasına”, “Cəbrayılın azad olunmasına”, “Kəlbəcərin azad olunmasına” və “Şuşanın azad olunmasına” görə medalları ilə təltif edilib.
Federasiyanın kollektivi şəhid boksçunun timsalında bütün şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!

  • Azərbaycan

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti