Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Rusiyada məşhur qəzetin baş redaktoru vəfat etdi
Rusiyada məşhur qəzetin baş redaktoru vəfat etdi

“Komsomolskaya Pravda” qəzetinin baş redaktoru Vladimir Sunqorkin 68 yaşında vəfat edib.
reportyor.tv xəbər verir ki, bu barədə TASS və “Zvezda” telekanalı mənbələrə istinadən məlumat yayıb. Onların sözlərinə görə, baş redaktorun ölümünün səbəbi insult olub.
“Zvezda” kanalının mənbəyi V.Sunqorkinin Primorsk diyarında keçirilən avtoyürüşdə iştirak etdiyini bildirib. O, xəstəxanaya yerləşdirilsə də jurnalisti xilas etmək mümkün olmayıb.
“KP”nin icmalçısı Aleksandr Qamov “İnterfaks”a bildirib ki, nəşrin baş redaktoru Xabarovsk diyarında ezamiyyətdə olub. “İnsult şübhəsi... İndi biz onun Moskvaya aparılmasını təşkil edirik”, - o əlavə edib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti