
İrəvanda yüzlərlə vətəndaş Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə parlament binası yaxınlığında etiraz aksiyasını bərpa edib.
reportyor.tv Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiyada İkinci Qarabağ müharibəsində ölən hərbçilərin yaxınları da iştirak edir.
Qeyd edək ki, ötən gün minlərlə insan gecə saatlarına qədər parlament binası qarşısında etiraz aksiyası keçirib. Aksiya Ermənistan parlamentinin binası yaxınlığında keçirilib. Aksiya iştirakçıları hakimiyyəti Ermənistanın maraqlarına əməl etməməkdə ittiham ediblər. Onlar parlamentin binası qarşısında baş nazir Nikol Paşinyana qarşı impiçment prosedurunun başlanması tələbi ilə mitinqlərini davam etdiriblər.





Şərhlər