Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Kraliçanın ölümünə inanmadı: TABUTUNU AÇMAQ istədi... - Video
Kraliçanın ölümünə inanmadı: TABUTUNU AÇMAQ istədi... - Video

Keçən həftə Londondakı "Westminster Hall"-da Kraliça II Elizabetin tabutuna tərəf qaçan və təhlükəsizlik işçiləri tərəfindən zaldan zorla çıxarılaraq həbs edilən şəxs istintaqda maraqlı açıqlamalar verib.
reportyor.tv-un xəbərinə görə, kraliçanın tabutunun üzərindəki bayrağı qaldırmağa çalışan şəxs onun ölümünə inanmadığını söyləyib.
28 yaşlı Məhəmməd Xan adlı şəxs kraliça Elizabeti çox sevdiyini də gizlətməyib:
"Mən onu çox sevirəm. Doğrusunu bilmək istəyirsinizsə, onun öldüyünə inanmıram. Mən yenə də kraliça ilə danışmaq üçün Bukingem Sarayına getmək istəyirəm. Ona görə də kraliçamızın həqiqətən ölüb-ölmədiyini yoxlamaq üçün tabutunu açıb baxmaq istədim. Onun ölümünə ömrümün sonuna qədər şübhə ilə yanaşacağam. Mən kral ailəsinə kraliçanın ölüb-ölmədiyi ilə bağlı rəsmi məktub göndərmişdim. Amma rəsmi cavab gəlmədi. Deməli, kraliça ölməyib".
Tural Turan

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti