İlham Əliyev iranlı həmkarını Ermənistanın son təxribatları barədə məlumatlandırıb
Tarix: 13-10-2022, 22:02
Baxılıb: 453
Google+ Paylaş
Tumblr Paylaş

İlham Əliyev iranlı həmkarını Ermənistanın son təxribatları barədə məlumatlandırıb

13-10-2022, 22:02

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Seyid İbrahim Rəisini Ermənistanın son təxribatları barədə məlumatlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə oktyabrın 13-dəAzərbaycan və İran prezidentləri arasında Astanada keçirilən görüş zamanı qeyd olunub.
Azərbaycanın müstəqil xarici siyasət həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev bu il sentyabrın 12-13-də Ermənistanın regional vəziyyəti gərginləşdirmək istiqamətində təxribatlar törətdiyini diqqətə çatdırıb.
Hazırda Cənubi Qafqazda sülh quruculuğu proseslərinin getdiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycan irəli sürdüyü 5 prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib.
Prezident İlham Əliyev Ermənistan tərəfindən siyasi iradə göstəriləcəyi təqdirdə, bu istiqamətdə irəliləyişə nail olmağın mümkünlüyünə inandığını qeyd edib.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ