Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Baydenin gənc qıza məsləhəti gündəm oldu - VİDEO
Baydenin gənc qıza məsləhəti gündəm oldu - VİDEO

Bir çox hərəkəti ilə gündəm olmağı bacaran ABŞ prezidenti Co Bayden dünən Kaliforniya ştatında etdiyi çıxışdan sonra vətəndaşlarla bir araya gələrək selfi çəkdirib.

Musavat.com xəbər verir ki, Bayden selfi zamanı kiçik bir qıza "30 yaşına qədər ciddi münasibət olmur" deyib.
Kiçik qızın çaşqın üz ifadəsi sosial mediada geniş müzakirələrə yol açıb. Tez-tez etdiyi kobud səhvlər və qəribə hərəkətləri ilə gündəmə gələn 79 yaşlı ABŞ prezidenti Co Bayden bu dəfə balaca qıza verdiyi məsləhətlə gündəmə düşməyi bacarıb.
Baydenin bu sözləri bir çox qəzetlərdə, xüsusən də İngiltərənin "Daily Mail" qəzetinin manşetlərinə çevrilib. 
Reportyor.tv

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti